Qərargah rəisi intihar etdi - FOTO

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.

Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo

15.03.2025 11:53
1631