QƏRAR VERİLDİ: Bu kəndlər QAYTARILIR - Mustafayevlə Qriqoryan Qazax sərhədində görüşür – detallar CANLIda

Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın noyabrın 30-da sərhədin hansı hissəsində görüşəcəyi haqda məlumat yayılıb. Ermənistan mediası görüşün Qazax-İcevan (Karvansara) sərhədində baş tutacağını yazır. Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası müzakirə olunacaq.

Görüşün Qazax-İcevan sərhədində keçirilməsi təsadüfi deyil. Çünki delimitasiya prosesində Qazaxın işğal altında qalan 7 kəndinin qaytarılması gündəmdədir və sabah keçiriləcək görüşdə də müzakirə ediləcək məsələlərdən biri bu kəndlər olacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

29.11.2023 13:40
1103