Qənirə Paşayevaya mahnı ithaf olundu - VİDEO

Sentyabrın 28-də vəfat etmiş Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevaya mahnı ithaf olunub.

Musavat.com xəbər verir ki, mahnının sözləri və ifası Fuad İbrahimova məxsusdur.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

O, sentyabrın 28-də vəfat edib. Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.


Musavat.com

04.10.2023 14:07
873