Qənirə Paşayeva şəhid ailələri və qazilərlə görüşüb - Fotolar

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 8 noyabr - Zəfər Günündə Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb.

Musavat.com xəbər verir ki, onları Zəfər Bayramı və 9 noyabr - Bayraq Günü münasibətilə təbrik edən Qənirə Pasayeva ürək sözlərini bölüşüb.

Q.Paşayeva Zəfər Günündə ilk növbədə şəhid ailələrinin, qazilərin yad edilib, təbrik edilməsini xalqımızın qədirşünaslığı və minnətdarlığı kimi xarakterizə edib: "Sizlərə olan mənəvi borcumuz ömür boyu bitməyəcək. Bayramınız mübarək olsun!"

Komitə sədri şəhid ailələri üzvlərini, qaziləri dinləyib, onların toxunduğu mövzulara ətraflı şərh verib, sualları cavablandırıb.

09.11.2022 22:31
1257