Qənirə Paşayeva Psixonevroloji Uşaq Evini ziyarət edib - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları qrupu”nun bir qrup üzvləri Psixonevroloji Uşaq Evini ziyarət edib.

Musavat.com xəbər verir ki, komitə sədri və könül dostları çağdaş standartlara uyğun yaradılmış şəraitlə tanış olub, Psixonevroloji Uşaq Evində müalicə alan uşaqların qayğıları ilə yaxından maraqlanıb.

Özəlliklə, müəssisə rəhbərliyi ilə ətraflı fikir mübadiləsi aparan Q.Paşayeva burada gördüyü səliqə-sahmanın diqqəti cəlb etdiyini deyib.

O, Azərbaycan dövlətinin hər bir vətəndaşımıza diqqət-qayğısından, həssasiyyətindən söz açıb.

Görüşdə “Nerj aləmi” şirkətinin rəhbəri Əliş Hüseynov, tanınmış ictimai xadim, xeyriyyəçi Hacı Nuran və tanınmış modelyer Afaq İsmayılzadə iştirak edib.

18.07.2023 00:12
588