Qənirə Mehdixanlını öldürən nəvəsinə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri, QHT rəhbəri Qənirə Mehdixanlını qətlə yetirən nəvəsi, 1995-ci il təvəllüdlü Nicat Əliyevə hökm oxunub.

N.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Ona 10 il müddətinə həbs cəzası təyin edilib.

Məhkəmədə bildirilib ki, N.Əliyev uzun müddət ailəsi ilə Türkiyədə yaşayıb və 2021-ci ildə nənəsi Q.Mehdixanlı koronavirusa yoluxandan sonra ölkəyə qayıdaraq nənəsi ilə birgə yaşamağa başlayıb. Hadisədən 6-7 ay əvvəldən etibarən nənə ilə nəvənin münasibətləri pozulubmuş. Buna səbəb Nicatın mərc oyunlarına meyilli olması, nənəsinə məxsus notbuku gizli götürərək satması, qonşuda yaşayan sevdiyi qızdan 3 min manat borc pul alması və sair olub.

Nəhayət ötən il iyunun 25-nə keçən gecə, saat 01:30 radələrində evə gələn Nicat nənəsi ilə növbəti dəfə mübahisə edib. Bu zaman N.Əliyev nənəsini iplə boğaraq qətlə yetirib./Qafqazinfo

02.10.2023 14:44
1121