Qəbələdə yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb

Qəbələ-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Qəbələnin Savalan kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Yaralanan dörd nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

06.08.2022 00:09
742