Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.
Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.