Qəbələdə qanunsuz ov edən şəxs müəyyən edilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vaitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib,

V.Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

 

07.02.2023 13:18
633