Qəbələdə meşəlik ərzidə yanğın başladı - Helikopter cəlb edildi

Qəbələdə meşəlik ərzidə yanğın başladı.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

23.08.2022 17:20
387