Qəbələdə intihar hadisəsi baş verib.
Hadisə Qəbələ şəhərində olub.
Belə ki, 1992-ci il təvəllüdlü Abdullayev Xətai Xəqani oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq intihar edib.
Qeyd edək ki, X. Abdullayev ailəli olub və iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)