Qəbələdə həkimə xəsarət yetirdilər

Bu gün saat 12 radələrində Qəbələ şəhərində yerləşən xəstəxanada 18 yaşlı rayon sakini İbrahim Rəhimov kəsici alətlə orada çalışan həkim Y.Əsədovun qoluna xəsarət yetirib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, hadisəni törətdikdən sonra ərazi polis orqanına gələrək əməlini etiraf edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

22.05.2024 02:56
1006