Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda xəsarət alan şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./report

06.01.2024 19:59
468