Qəbələdə 57 yaşlı kişi intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Nic qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1965-ci il təvəllüdlü Nəbi Ziyad oğlu Hacıyev özünü həyətyanı sahəsindəki fındıq bağında ağacdan asıb. İntiharın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

04.05.2022 13:18
506