Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Qaradeyin kənd sakini Arzu Mirzəyevdən və Nic qəsəbə sakini Vladimir Çintalovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.