Niderland məhkəməsi “Qazprom”un “Wintershall Noordzee B.V.” şirkətinin səhmlərinə həbs qoyub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qərarı mayın 15-də Haaqa Rayon Məhkəməsi qəbul edib.
Yazda “Gazprom International Limited” Şimal dənizindəki aktivlərini satmaq üçün rəqabətli prosesə başlayıb. O, “Wintershall Dea” ilə birgə müəssisə olan “Wintershall Noordzee BV”dəki (WINZ) 50 faiz payını, həmçinin “Sillimanite” və “Wingate” inkişaf konsorsiumlarındakı payını satmağı planlaşdırır. Prosedurun nəticələrinin iyunun əvvəlində elan edilməsi gözlənilirdi, lakin o vaxtdan etibarən satışın gedişi ilə bağlı məlumat yenilənməyib.
BGP Dava üzrə tərəfdaşı Sergey Qlandin öz bloqunda yazıb ki, proses Melitopolda torpaq sahələrinə sahib olan Ukraynanın “Slavutiç-İnvest” şirkətinin iddiası ilə bağlıdır. 2023-cü ilin mayında şirkətin apellyasiya şikayəti verdiyi Ukraynanın Zaporojye vilayətinin İqtisad Məhkəməsi Rusiya Federasiyasının “Slavutiç”ə 15 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar qəbul edib.
2024-cü ilin may ayında “Slavutiç” eyni məhkəmədə “Qazprom” MMC, “Qazprom Capital” və “MKOO Gazprom International Limited”ə qarşı iddia qaldıraraq məhkəmə qərarının onların aktivləri hesabına icra olunmasını tələb edib. Eyni iddianı şirkət Haaqa məhkəməsinə də təqdim edib.
Musavat.com