Türkiyədə məşhur olan "Güldür Güldür Show" komandasının qazilərlə bağlı hazırladıqları səhnəcik qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, sərt reaksiyalar ilə üz-üzə qalan "Güldür Güldür Show" komandası tamaşaçılardan üzr istəyib və videonu yayımdan silib.
Belə ki, Show TV-də yayımlanan "Güldür Güldür Show"da yer alan səhnəcikdə qazilərə yönəlik istifadə edilən "Güllə yarası almaq səni imtiyazlı biri etməz" sözləri sosial mediada sərt reaksiyaya səbəb olub. Qısa müddətdə sosial mediada gündəmə gələn səhnəcikdən sonra komanda açıqlama verib və üzr istəyib.
Musavat.com