Qazaxıstanlı jurnalist Aydos Sadıkov Kiyevdə güllələnib.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.
“Bu gün Kiyevdə, öz evinin yaxınlığında Aydos Sadıkovun həyatına sui-qəsd olub”, – o sosial şəbəkələrdə yazıb.
Jurnalistin vəziyyəti barədə hələlik məlumat verilmir.
Nəşrin məlumatına görə, Aydos Sadıkov Qazaxıstan hökumətini tənqid etməsi ilə tanınır.
Musavat.com