Qazaxıstandan Rusiya "qiymətli" zərbə: TARİXDƏ İLK DƏFƏ

Qazaxıstanın Mərkəzi Qiymətli Kağızlar Depozitarı (KCSD) fərdi əmanətçilərə Rusiya qiymətli kağızlarını dövriyyədən çıxarmağı tövsiyə edib.

Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı KCSD mətbuat xidməti yayıb.

Məlumatda bu addımın Rusiya Milli Hesablaşma Depozitarına (NSD) qarşı bloklayıcı sanksiyaların tətbiqi ilə əlaqədar olduğu qeyd edilir. Mərkəzi Depozitar müztərilərinə Rusiya qiymətli kağızlarını dövriyyədən çıxarmaları üçün avqustun 10-dək vaxt verib.

Daha əvvəl RBC məlumat vermişdi ki, Qazaxıstanın Mərkəzi Depozitarı müştərilərdən (brokerlər, idarəedici şirkətlər) 2024-cü il avqustun 1-dək Rusiya qiymətli kağızlarını onun nominal holdinqindən çıxarmaq üçün sifarişlər göndərməyi xahiş edib. RBC-nin bazar mənbəsinə görə, Qazaxıstan depozitari bu cür tövsiyələri bütün yerli peşəkar iştirakçılara göndərib.

Musavat.com

11.07.2024 19:57
7106