Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.
Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.
***
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.
Bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.//Report