Almatı yarımmarafonunun iki təcrübəli iştirakçısı 84 yaşlı Akkoyan Rsəliyev və 21 yaşlı Nurbol Əhmədi 21,1 km məsafəni qət edərkən dünyasını dəyişib.
Bu barədə Almatı marafonunun saytında deyilir.
Təşkilatçılar nizamnaməyə uyğun hərəkət etsələr də, iştirakçıların həyatını xilas etmək mümkün olmayıb.
A.Rsəliyev Əl-Fərəbi prospektində məsafənin birinci kilometrində özünü pis hiss edib, bir dəqiqə sonra onun yanına təcili tibbi yardım briqadası gəlsə də, artıq yaşlı idmançının nəbzi olmayıb.
21 yaşlı N. Əhmədi 16 km-də huşunu itirib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, o, komanda gələnə qədər dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, iştirakçıların ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən məlum olacaq.**report.az