Qazaxıstan Rusiya və Belarusla rublla hesablaşacaq

Qazaxıstan parlamentinin iclasında deputat Tatyana Savelyeva bildirib ki, Rusiya və Belarusla hesablaşma zamanı mərkəzi banklar arasında əks öhdəliklər fərqinin məbləği Rusiya rubluna çevriləcək.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, iclasda Avrasiya İqtisadi İttifaqı haqqında 2014-cü il 29 may tarixli müqaviləyə Aİİ-yə üzv dövlətlərin arasında idxal-gömrük rüsumlarının məbləğlərinin köçürülməsi ilə bağlı dəyişikliklərə dair protokol dinlənilib.

2022-ci ildən Rusiya Federasiyasının ABŞ dolları ilə əks öhdəliklərin həllini dayandırması səbəbindən (Aİİ haqqında müqavilə çərçivəsində) valyuta ilə bağlı protokola dəyişikliklər edilib.

“Bununla əlaqədar olaraq, bu protokola müvəqqəti mexanizmin müəyyən edilməsi ilə bağlı dəyişikliklər edilir, ona görə Rusiya Federasiyası və Belarus Respublikası ilə ödənişlər edərkən mərkəzi banklar arasında əks öhdəliklər fərqinin məbləği rus rublunda köçürülür”, - Tatyana Savelyeva qeyd edib.

Bildirilir ki, bu dəyişikliklərin tətbiqi gömrük rüsumlarının Aİİ-nin üzvü olan dövlətlərin büdcələrinə köçürülməsinin davamlılığını təmin edəcək.

Musavat.com

11.09.2024 14:11
354