Qazaxıstan hökuməti OPEC+ sazişi çərçivəsində limitdən artıq hasilatı kompensasiya etmək planını yeniləyərək təşkilatın katibliyinə göndərib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat açıqlanıb.
Nazirlik əmin edib ki, Astana öz öhdəliklərini yerinə yetirmək və təzminat planına uyğun olaraq artıq hasilatı kompensasiya etmək üçün hər cür səy göstərəcək.
İyulun əvvəlində Energetika Nazirliyi OPEC+ nazirlərinin 37-ci iclasının qərarından sonra Qazaxıstanın təfərrüatlı kompensasiya planı hazırladığını və ona əsasən ilin birinci yarısında artıq hasil edilən neft həcmlərini 2025-ci ilin sentyabr ayına qədər mərhələli şəkildə kompensasiya edəcəyini açıqlamışdı.
OPEK+ katibliyi Qazaxıstanla yanaşı İraqdan da artıq hasilat həcmlərinin kompensasiya edilməsini nəzərdə tutan dəqiq plan aldığını açıqlayıb. Yenilənmiş plana əsasən, İraq neft hasilatının sutkada 1,44 milyon barel, Qazaxıstan isə 699 min barel artımını kompensasiya etməli olacaq. Kompensasiya müddəti 2025-ci ilin sentyabr ayına qədər davam edəcək.
OPEC+un “borcluları” arasında iyulun sonunda OPEK katibliyinə təqdim edilmiş hazırkı plana əsasən, 2025-ci ilin sentyabrına qədər gündəlik hasilatı 480 min barel azaltmalı olacaq Rusiya da var.
Musavat.com