Qazaxıstan Ermənistana “yaşıl işıq” yandırdı: ermənilər sərbəst 90 gün qala biləcək

Qazaxıstan Parlamenti Ermənistanla qarşılıqlı səfərlər və vətəndaşların ölkədə qalma qaydalarını tənzimləyən sazişi ratifikasiya edib.

Musavat.com xəbər verir ki, 2024-cü ilin aprelində İrəvanda imzalanan sənədin əsas yeniliyi 90 günlük vizasız rejimin tətbiqidir.

Sazişə əsasən, hər iki ölkənin vətəndaşları etibarlı sənəd - pasport (o cümlədən xidməti və diplomatik), dənizçinin şəxsiyyət vəsiqəsi və ya geri qayıtma şəhadətnaməsi olduqda, qarşı tərəfin ərazisində üç aya qədər viza tələb olunmadan qala biləcəklər.

Musavat.com

 

03.09.2025 13:25
333