Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxardı

Qazaxıstan iki "Embraer" təyyarəsini istismardan çıxarıb.

"Tengri Travel" xəbər verir ki, bu barədə "Air Astana" aviaşirkətinin vitse-prezidenti İbrahim Canlıel məlumat verib.

İ.Canlıel bildirib ki, hazırda aviaşirkət ümumilikdə 58 təyyarədən yararlanır.

"Biz onların sayını 2028-ci ilin sonuna kimi 80-ə çatdırmağı planlaşdırırıq. Öhdəlik götürdük və ötən il on "Airbus-320" layneri aldıq, eyni zamanda iki "Embraer" təyyarəsini istismardan çıxardıq", - deyə İbrahim Canlıel vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL ("Azərbaycan Hava Yolları") təyyarəsi "Embraer" şirkətinə məxsus olub.//Oxu.az

19.02.2025 11:30
347