Qazaxın kəndləri ilə bağlı proses BAŞLANDI – İrəvan razılaşdı, Amerika tələsdirir – detallar Ədalət Verdiyevlə CANLIda

Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı dediklərini bundan öncə də bir neçə dəfə təkrarlayıb. Məqsəd məsuliyyəti Azərbaycanın üzərinə atmaqdır. Sanki Azərbaycan əlavə şərt qoyur, problem yaradır. Guya Azərbaycanın bu şərtləri olmasa, sülh müqaviləsi bağlanar.

Bu sözləri politoloq Turab Rzayev Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, o zaman bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər” sözlərini şərh edərkən deyib.

Politoloq Azərbaycanın qalib tərəf kimi şərtlər qoymalı olduğunu diqqətə çatdırıb:

“Niyə Qazaxın və Naxçıvanın kəndlərini unutmalı, yaxud sərhədlərin demarkasiya və delimitasiyasını Ermənistanın tələb etdiyi xəritə əsasında müəyyən etməliyik? Ermənistanın tələbləri nə üçün əsas götürülməlidir? Ermənistan Azərbaycanı ittiham edir, ancaq özü sülh üçün tələsmir. Sülh imzalanmasını onlardan ABŞ tələb edir və bunda da məqsədi var: rus ordusunun Gümrüdən çıxarılması, Ermənistanın sərhədlərinin və ərazilərinin Rusiyanın əlindən alınması və s. Paşinyan bilir ki, sülh müqaviləsi imzalanan kimi Amerika rus hərbçilərinin çıxarılması tələbini qoyacaq. Bu da Rusiyanın çox kəskin reaksiyasına səbəb ola, Ukrayna hadisələri Ermənistanda təkrarlana bilər. Paşinyan bunu bildiyi üçün vaxtı uzadır, bütün günahı da Azərbaycanın üzərinə atmağa cəhd edir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

08.12.2023 11:37
758