Qazax rayonunun işğaldan azad edilən dörd kəndindən yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, Azərtac-ın təqdim etdiyi yeni videoda Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri görüntülənib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da Qazax rayonunun dörd kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin ərazilər mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.