Qazaxda yeznə qayınını bıçaqlayıb

Qazax rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Şakir Muradov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Şakir Muradovun yeznəsi tərəfindən bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

05.12.2022 03:34
588