Qazaxda narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik naddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Pərviz Əhmədov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və çəkilərdə olan “heroin” aşkar edilərək götürülüb.

Şübhəli şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Musavat.com

 

23.05.2022 14:24
407