Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Qazax rayonunda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Bildirilib ki, Qazax rayon sakini, 35 yaşlı Maral Osmanova Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib. Polis əməkdaşları əşyaları yoxlayan zaman nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə, narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

28.08.2023 14:20
777