Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən - 2004-cü il təvəllüdlü B.Məhərrəmova və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.