Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

Qazax rayonunda avtomobil 6 yaşlı uşağı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili Qazax rayon sakini, 2016-cı il təvəllüdlü M.Muradovanı vurub. Hadisə nəticəsində uşaq müxtəlif bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

03.12.2022 18:22
440