Qazaxda 52 yaşlı qadın dəm qazından zəhərlənib

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Ziyafət Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 52 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

25.12.2022 09:45
394