Qazaxda 30 yaşlı kişi bıçaqlanıb

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Hacıyev Arzuman bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 30 yaşlı hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

16.05.2022 11:43
400