Qazaxda 29 yaşlı kişi cərəyanvurmadan ölüb

Qazaxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

 

1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı kişi xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

27.06.2022 23:44
598