Qazaxda 17 yaşlı qız aldadılaraq qaçırılıb

Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Qazaxda 17 yaşlı qız qaçırılıb. Ailə iddia edir ki, polis onlara deyib ki, gedin “şirin dillə”, başlarını tovlayıb qızınızı geri alın. Qızı aldadıb aparıblar”, - deyə o qeyd edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

24.08.2022 16:25
493