Qaz sızmasından ölən SEPAH zabitlərinin kimliyi AÇIQLANDI

İranda qaz sızmasından ölən SEPAH zabitlərinin kimliyi açıqlanıb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İRNA xəbər agentliyi yayıb. 

Agentlik SEPAH-ın İsfahan əyalətindəki Sahib əz-Zaman hərbi bazasında qaz sızması nəticəsində ölən iki zabitinfotosunu da paylaşıb.

Məlumata görə, ölənlərdən biri polkovnik-leytenant Muxtar Mürşidi, digəri isə zabit Müctəba Nəzəri olub.

 

30.08.2024 10:14
312