Qaz limiti artırılır? - Rəsmi AÇIQLAMA

"Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.

Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.

Tarif Şurasından bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Dağlı daha ətraflı "Xəzər Xəbər"in videosunda:

16.10.2024 00:21
4953