"Qayınanam və yoldaşım oğlan övladı istəyirlər..." - selektiv aborta məcbur edilən qadın danışdı

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir.
Belə ki, hazırda ölkəmizdə doğulan hər 100 qız uşağına 116 oğlan düşür.

Amma heç bir xarici müdaxilə olmadığı təqdirdə, bioloji normaya uyğun olaraq doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı doğulmalıdır.  

Bəs, nə üçün valideynlər oğlan övladının doğulmasını istəyirlər?

AZTV əməkdaşlarının apardığı araşdırmada selektiv abortun səbəbləri və oğlan uşaqlarına üstünlük verilməsinin ölkənin gələcək demoqrafik strukturuna ehtimal olunan təsirləri qiymətləndirilib.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

02.11.2023 20:20
860