"Qayınanamdan gizli əsərlər yazırdım. Mənə icazə vermirdi. Bilsəydi, saçımdan tutub sürüyərdi. Qayınanam məni döyüb".
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gəl, danış" verilişində deyib.
Keçmiş həyat yoldaşından danışan müğənni qayınanası ilə bağlı etiraf edib:
"Heç nəyin üstündə olub. Bir dəfə gəlib gördüm ki, qaynım arvadını döyüblər, ikicanlı idi. Ağladım və onu müdafiə etdim. O zaman mən də döyüldüm. İndi qaynım arvadı qızına Elza adını qoyub".