Qaydaları bilməyən sürücülər küçəni bir-birinə QATDILAR

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu buraxılışda paytaxtın Bəşir Səfəroğlu və Səməd Vurğun kəsişməsində yol nişanları ilə bağlı problemə toxunulub.

Belə ki, bu kəsişmədə heç bir istiqamətdə üstünlük nişanları yoxdur. Bu, "Yol hərəkəti haqqında" qanuna əsasən, sağ əl prinsipinin tətbiq edilməli olduğunu göstərir. Lakin burada vəziyyət fərqlidir. Adıçəkilən kəsişmədə üstünlük nişanlarının olmaması, "Yol hərəkəti haqqında" qanuna görə, sağdan gələn nəqliyyat vasitələrinin kəsişməni birinci keçməsini tələb edir.

Lakin, təəssüf ki, qaydaları bilməyən və ya bilib riayət etməyən sürücülərə görə burada hər gün problemlər yaranır.

Ətraflı süjetdə:

11.09.2024 02:56
743