Qaxda iri gövdəli ağaclar aşıb, magistral yol bağlanıb

Qaxda ağaclar magistral yolu bağlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

07.06.2024 23:32
759