"Qatar Airways" İsrailin İrana gözlənilən zərbəsi fonunda İraq, İran və Livan istiqamətində uçuşları qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat verib. Aviaşirkətin bəyanatında, Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı bu qərarın alındığı bildirilib. Eyni zamanda, İordaniyanın paytaxtı Ammana uçuşların yalnız gündüz saatlarında həyata keçiriləcəyi də qeyd edilib.
Qeyd edək ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket atışı həyata keçirib və İsrail hərbçiləri də cavab verməyə hazır olduqlarını vurğulayıb. Bu hadisələr bölgədəki gərginliyi artırmaqdadır.
Musavat.com