ABŞ-ın şərqini dəhşətə gətirən “Helen” qasırğası nəticəsində ölənlərin sayı 227 nəfərə çatıb.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ən çox ölüm Şimali Karolinada olub - 113 nəfər. Digər qurbanlar isə Cənubi Karolina, Corciya, Florida, Tennessi və Virciniya ştatlarında olub.
Xilasedicilər itkin düşənləri axtarır. Zərər artıq 34 milyard dollar olaraq qiymətləndirilir.
Musavat.com