Qarlı hava ilə bağlı valideynlərə MÜRACİƏT

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən Musavat.com-a verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:

- övladlarınızı yollarda nəzarətsiz qoymayın;

- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;

- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

14.01.2024 15:02
1097