Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən qızın mədəsindən görün nə çıxdı - VİDEO

Uşaq vaxtlarından saçını yeyən qızın mədəsindən 50 santimetrlik saç topası çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Türkiyənin Hatay vilayətində yaşayan 20 yaşlı Ö.A şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib.

Müayinə zamanı qızın mədəsində qəribə şişlik müəyyən edilib. Əməliyyatla qızın mədəsindən yarım metrlik saç topası çıxarılıb.

21.08.2024 12:34
843