Qaregin Poqosyan korpus komandiri təyin olundu

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qaregin Poqosyanın 2-ci Ordu Korpusunun komandiri təyin edilməsi haqqında fərman imzalayıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediası Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gecə baş vermiş yanğın və 15 hərbçinin ölümündən sonra korpus komandiri vəzifəsindən azad edilmişdi.

Musavat.com

19.01.2023 20:12
779