Türkiyənin Muğla vilayətində 58 yaşlı Durmuş Karahan mübahisə etdiyi 35 yaşlı Burak Şarlatanı ov tüfəngi ilə ayağından vurub.
Musavat.com xəbər verir ki, hadisəni görən yaralı Burak Şarlatanın qardaşı Durmuş Karahanı zərərsizləşdirib.
Ətrafdakı insanların xəbərdarlığından sonra təcili yardım və jandarma qrupları hadisə yerinə sövq edilib. Hadisəni törədən Durmuş Karahan nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirilən Burak Şarlatanın səhhətinin yaxşı olduğu öyrənilib.
Hadisə anları təhlükəsizlik kamerasına əks olunub.
Musavat.com