Bu gün müğənni Ülviyyə Namazova "İncə səhər" verilişində qonaq olub.
Musavat.com olay-a istinadən bildirir ki, sənətçi oktyabrın 5-də ifaçı qardaşı Vüqar Namazovun bıçaqlanması hadisəsindən danışıb.
Qonşusu tərəfindən qardaşının bıçaqlandığını söyləyən sənətçi bildirib ki, daha əvvəl onun bacısının toyunda çıxış edibmiş:
"Bu hadisə baş verəndə mən Bakıda deyil idim. Rayonlarımızın birində toyda idim. Qardaşım 3 gün əvvəl oktyabrın 5-i axşam saatlarında yəni 20:00-21:00 radələrində yaşadığı Binəqədi rayonu ərazisində qonşusu tərəfindən bıçaqlanıb. 3 güclü bıçaq zərbəsi alıb. Hazırda "Semaşko" xəstəxanasındadır. Dünənə kimi o reanimasiya şöbəsində idi çünki vəziyyəti ağır idi. Amma şükürlər olsun ki, indi səhhəti normaldır. O çoxlu qan itirib çünki gec xəstəxanaya çatdırılıb. Onu vuran qonşusu həmin yerdən qaçıb. Qardaşım ailəlidir. O şəxs onların qonşusudur. Hər zaman yaxşı münasibətdə olublar. Hətta qardaşımı vuran həmin şəxsin bacısının toyunda mən iştirak etmişəm. Onlar içkili yəni sərxoş halda olublar. Deyirlər ki, içkili vəziyyətdə başda ağıl olmur. Ola bilsin ki, aralarında sözləri düşüb. Amma onlar arasında böyük bir şey olmayıb. Biz həmin şəxsi bağışlamamışıq və qardaşımın ailəsinin bağışlamaq kimi bir fikri də yoxdur. Yenə də qardaşım bilər. O şəxs qardaşımı bıçaqladıqdan sonra onu orada tək qoyub, qaçıb. Vurandan sonra qardaşım telefona əlini atıb ki, zəng etsin lakin o şəxs telefonu da onun əlindən alıb. Telefonunu da özü ilə aparıb. Bu ölümə təşəbbüsdür. Qardaşım qan içində yürüyərək 700 metr yol qət edib. Həmin şəxs qardaşımı bıçaqlamaq üçün meşəlik ərazisinə aparıb. Öz avtomobili ilə onu aparıb. Avtomobildə üç nəfər olub və sürücü ayıq olub. Onun adı Eldənizdir. Hazırda o axtarışdadır. Qardaşımı bıçaqlayan şəxs isə həbs olunub. Bizə deyiblər ki, qardaşımı bıçaqlayan şəxsi iki gün saxlamaya bilərik. Məhkəmə qərar verməlidir. Amma burada sübut və fakt var ki, bu şəxs qardaşımı bıçaqlayıb və onun atası bizə gəlib - gedib".
Qeyd edək ki, baş verən hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.