Qardaşı Natəvan Babayevanın səhhətindən danışdı

Onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayeva xəstəxanaya yerləşdirilib.

Bu haqda teleqraf.com-a aparıcının qardaşı məlumat verib:

"Bu gün səhər saatlarından Milli Onkologiya Mərkəzindədir. Səhhəti normaldır".

Qeyd edək ki, Natəvan Babayevanın Türkiyəyə gedərkən səhhəti hava limanında pisləşmişdi.

20.07.2023 18:12
1565